XƏBƏRLƏR / Sağlamlıq

Azərbaycan Türkiyəyə 20 hərbi həkim göndərib

Bu barədə Müdafiə Nazirliyi xəbər verir

Azərbaycan Türkiyəyə 20 hərbi həkim göndərib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Müdafiə Nazirliyi zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün bir qrup hərbi həkimin Türkiyəyə göndərildiyi barədə məlumat yayıb.

    “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan ordusunun bir qrup hərbi tibb heyəti Türkiyəyə yola düşüb. 20 nəfərlik qrup Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım edəcək”, - deyə hərbi idarənin açıqlamasında bildirilir.

    Əvvəllər xəbər verildiyi kimi, bazar ertəsi səhər Türkiyədə güclü zəlzələ baş verib və hazırda 3 minə qədər insan həlak olub.