Azərbaycan zəlzələdə yaralananları qəbul etməyə hazırdır
Tibb müəssisələrində ümumilikdə 2000 çarpayının ayrıldığını qeyd edilir
“Naxçıvan Muxtar Respublikasındakı bütün xəstəxanalar Türkiyədə zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımızı qəbul etməyə hazırdır”.
Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev məlumat verib.
“Əsasən, Naxçıvan Muxtar Respublikası Xəstəxanası və Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzi hazırlıq vəziyyətinə gətirilib.
Bu barədə Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan məlumat verilib.
Qeyd edək ki, Türkiyədə zəlzələdən zərərçəkənlərin müalicəsi üçün Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında tibb müəssisələri hazırlanıb.
Ötən gün Azərbaycanın səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı tibb müəssisələrində ümumilikdə 2000 çarpayının ayrıldığını qeyd edib.