Qənirə Paşayevanın son vəziyyəti
Deputatın səhhətində heç bir dəyişiklik yoxdur. O, süni tənəffüs aparatına qoşulub
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Bu məlumatı deputatın müalicə olunduğu Mərkəzi Klinikanın mətbuat xidmətindən veriblər.
Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, sentyabr ayının 23-ü millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazımi məsləhətlər verilib.