Mövlud Süleymanlı süni tənəffüs aparatına qoşulub
Bunu Kliniki Tibbi Mərkəz bildirib
Xalq yazıçısı, əməkdar incəsənət xadimi Mövlud Süleymanlı fevralın 15-də xəstəxanaya yerləşdirilib.
Bunu Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.
O bildirib ki, Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır: “Süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir. Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”.
Qeyd edək ki, Mövlud Süleymanlı 81 yaşındadır.