XƏBƏRLƏR / Sağlamlıq

Siyəzəndə qəzaya düşən şəxslərin vəziyyəti YENİLƏNİB

TƏBİB xəbər verir

Siyəzəndə qəzaya düşən şəxslərin vəziyyəti YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 14:38

    Oktyabrın 16-sı, saat 08:20-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər (2 qadın, 3 kişi) hospitalizasiya olunub.

    TƏBİB-dən bildirilib ki, onlardan bir nəfər 1989-cu il təvəllüdlü qadın çənə sümüyünün sınığı diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

    1988-ci il təvəllüdlü digər qadın isə döş qəfəsinin küt travması, başın təpə nahiyyəsinin kəsilmiş yarası diaqnozu ilə cərrahi əməliyyata alınıb, stasionar müalicəsi davam edir.

    Qəzada xəsarət alan 2000-ci il təvəllüdlü kişiyə isə sağ əlin daraq sümüyünün sınığı diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.

    1966-cı il təvəllüdlü şəxsə (kişi cinsi) sol əlin daraq sümüynün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi” diaqnozu təyin edilib, müvafiq tibbi yardımlar göstərilir.

    1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə sol üz nahiyyəsinin sıyrılmış yarası diaqnozu təyin edilib və ambulator müalicə üçün evə buraxılıb.

    ***

    11:47

    Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

    Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.