XƏBƏRLƏR / Sağlamlıq

Tovuzda zəhərlənənlərin son durumu YENİLƏNİB

Tovuz Rayon Mərkəzi Xəstəxanasının məlumatı

Tovuzda zəhərlənənlərin son durumu YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:15

    Tovuzda dönərdən zəhərləndikləri ehtimal olunan şəxslərin böyük əksəriyyəti ambulator müalicə üçün evə buraxılıb.

    Bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Qeyd olunub ki, zəhərlənmə şübhəsi ilə Təcili yardım şöbəsinə, ümumilikdə, 21 nəfər hospitalizasiya edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

    Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.

    Qeyd edək ki, faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.

    ***

    11:00

    Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti xəbər yayıb. Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.