FHN Türkiyədə 930 nəfərə tibbi xidmət göstərib VİDEO
Bu barədə FHN-dən məlumat verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 167-si azyaşlı olmaqla 930 nəfərə tibbi xidmət göstərilib. Bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.