XƏBƏRLƏR / Energetika

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Parkın əsas məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və "China Datang Overseas Investment Co." şirkəti arasında ölkədə "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

    Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

    Sənədi Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Çin şirkətinin baş meneceri Yuanlong Zhou imzalayıb.

    Parkın əsas məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir.