XƏBƏRLƏR / Təbiət

Azərbaycanda zəlzələ oldu

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb

Azərbaycanda zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da Cəlilabad stansiyasından 23 km şimalda, Biləsuvar rayonunda 3 maqnitudada qeydə alınıb.

    Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.