Türkiyənin Antalya vilayətində zəlzələ qeydə alınıb. Bu barədə AFAD-ın rəsmi "X" səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Demre rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.7 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 19.08 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələ Demre və Finike rayonları ilə yanaşı ətraf rayonlar və şəhər mərkəzində də hiss olunub. olmayıb.
Antalya valisi Hulusi Şahin bildirib ki, hələlik heç bir mənfi xəbər verilməyib.