XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycandan Ukraynaya qaz nəqli pilot layihəsi başa çatıb

Bunu Ukraynanın energetika naziri Svetlana Qrinçuk elan edib

Azərbaycandan Ukraynaya qaz nəqli pilot layihəsi başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukraynanın energetika naziri Svetlana Qrinçuk:

    "Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz nəqli üzrə pilot layihə artıq başa çatıb. Hazırda belə tədarüklərin davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində işlər aparılır.

    Azərbaycan bunda maraqlıdır. Amma hərbi risklər var, çünki ruslar son vaxtlar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları gücləndiriblər."