XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycanın bu ilin yanvar-iyul aylarındakı neft ixracı

Dövlət Gömrük Komitəsi ixrac olunan neftin həcmi və ünvanları haqda hesabat yayıb

Azərbaycanın bu ilin yanvar-iyul aylarındakı neft ixracı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar-iyul aylarında Azərbaycan 10-dan çox ölkəyə 8 032 903,55 ABŞ dolları dəyərində 12 722 590,97 ton neft ixrac edib.

    Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 4 560 688,09 min ABŞ dolları dəyərində 7 473 413,94 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

    Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 562 115,58 min dollar dəyərində 802 369,65 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yeri Rumıniya tutur. Yanvar-iyul aylarında bu ölkəyə 522 201,19 min dollar 821 311,27 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 8 032 903,55 min dollarlıq 12 722 590,97 ton neft ixrac edib.

    Azərbaycanın bu ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələr:

    Ölkələr

    Statistik dəyər (min ABŞ dolları)

    Miqdar (ton)

    -

    Cəmi

    8 032 903.55

    12 722 590.97

    1

    İtaliya

    4 560 688.09

    7 473 413.94

    2

    Çexiya

    562 115.58

    802 369.65

    3

    Rumıniya

    522 201.19

    821 311.27

    4

    Hindistan

    376 114.36

    491 171.24

    5

    Bolqarıstan

    253 113.50

    358 842.99

    6

    Tunis

    225 469.94

    368 916.34

    7

    Portuqaliya

    221 958.01

    395 031.62

    8

    Almaniya

    210 855.82

    360 299.00

    9

    İsveçrə

    193 596.32

    272 501.37

    10

    Yunanıstan

    182 764.51

    284 374.74

    11

    Digərləri

    724 026.24

    1 094 358.82