XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycanın iqtisadi artım proqnozlarını açıqlanıb

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir

Azərbaycanın iqtisadi artım proqnozlarını açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İqtisadi artım perspektivlərinə dair gözləntilər ümumilikdə nikbin olaraq qalır. Mərkəzi Bankın 2025-ci ilin oktyabr proqnozlarına əsasən cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2.2% , qeyri-neft-qaz ÜDM-i üzrə 3.7% olacağı gözlənilir.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

    Bildirilib ki, proqnozlara görə, 2025-ci ildə ümumi ÜDM-in artımına neft-qaz ÜDM-i azaldıcı, qeyri-neftqaz ÜDM-i isə artırıcı təsir edəcəkdir. Qeyrineft-qaz sektoruna ev təsərrüfatlarının istehlakının artırıcı təsirinin nisbətən azalacağı gözlənilir.

    “2026-cı ildə real iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 2.0% və 4.4% olacağı proqnozlaşdırılır. Proqnozlara görə 2026-cı ildə də ümumi ÜDM-in artımına neft-qaz ÜDMi azaldıcı, qeyri-neft-qaz ÜDM-i isə artırıcı təsir edəcək”, - məlumatda vurğulanıb.

    “Qeyri-neft-qaz sektoruna ev təsərrüfatlarının istehlakının artırıcı təsiri nisbətən azalsa da, əsas fondların yığımının artırıcı təsiri gözlənilir. Neft-qaz sektorunda ÜDM üzrə 2025-ci ilə -0.2%, 2026-cı ilə -2.4% real azalma proqnozlaşdırılır”, - bildirilib.

    Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. Əlavə edilib ki, 2025 və 2026-cı illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili məcmu tələbin dinamikasından asılı olacaq.