
Faşizm üzərində Qələbənin 80 illiyi münasibəti ilə Rusiyanın paytaxtı Moskvada təşkil olunan paradda Azərbaycan hərbçiləri də iştirak edib. VIDEO
Müzəffər Ordumuzun Komandos briqadasının 80 nəfərlik parad bölməsi 44 günlük müharibə və Xüsusi hərbi əməliyyatın iştirakçılarından ibarətdir.
Bölməyə polkovnik-leytenant Məmmədov Samir Rizvan oğlu başçılıq edib.