XƏBƏRLƏR / Müttəfiq

Azərbaycanın müdafiə naziri Pakistana başsağlığı verib

Müdafiə Nazirliyi xəbər verir

Azərbaycanın müdafiə naziri Pakistana başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: "Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

    Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.