Azərbaycanın Orta Dəhlizdə rolu günü-gündən artır
Ənənəvi tranzit növlərinə "yaşıl" enerji və fiber-optik kommunikasiya xətti də əlavə olunur
Azərbaycanın yerləşdiyi coğrafiyada yaranmış mürəkkəb geosiyasi vəziyyət fonunda həm şimal, həm də cənub qonşularımız sanksiyalar altında olduğundan ölkəmizin ərazisindən keçən dəhlizlərin və yolların əhəmiyyəti daha da artır.
Qeyd edək ki, şərq tərəfdən Azərbaycan istiqamətində bir deyil, iki marşrut var ki, onlar da Ələtdən keçərək Qərb istiqamətində gedirlər.
“Yaşıl” enerji sahəsində həyata keçirilən layihələr elektrik enerjisinin istehsalı və ixracı potensialını genişləndirməyə və Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin Azərbaycan vasitəsilə Avropaya nəqli üçün geniş perspektivlər açmağa imkan verir.
Bundan əlavə, Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kommunikasiya xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsidir.
Ölkənin dəmir yolu şəbəkəsi müasirləşdirilir və yenilənir. Artıq Şərq-Qərb dəhlizi üzrə müəyyən hissələrin alternativ cərəyana keçidi təmin edilib. Bu, həm də göndərmə xərclərini 20% azaldacaq. Dünyanın 90 ölkəsi ilə dəmir yolu daşımaları həyata keçirilir.