BLOQ

Kütləvi qiymət və tarif artımları heç də yaxşı hal deyil

Biz qiymət artımından yox, effektiv idarəetmədən başlamalıyıq

Kütləvi qiymət və tarif artımları heç də yaxşı hal deyil
  • Oxuma müddəti:

    1 dəqiqə

  •  Təbii ki, Azərbaycanda hər şey subsidiyalaşdırılır, amma səbəb xərc deyil, daha çox sərfəli xərclərin olmamasıdır.

    Biz qiymət artımından yox, effektiv idarəetmədən başlamalıyıq. Xüsusilə ölkədə orta əmək haqqını nəzərə alsaq, qiymət artımı heç vaxt populyar yanaşma deyil.

    Koreyada gedişin başlanğıc qiyməti bir dollar ətrafındadır. 10 il əvvəl mən bura gələndə o qiymətə Azərbaycanda doqquz dəfə nəqliyyatdan istifadə edə bilərdin. İndi isə cəmi üç dəfə. Koreyaya yaxınlaşırıq.

    Su, elektrik enerjisi və qaz tariflərinin şaxələndirilməsindən də danışılır. Yeri gəlmişkən, Azərbaycanda qazın keyfiyyəti heç də yaxşı deyil. Mən bunu onun qoxusundan belə hiss edirəm. Ya heç təmizlənmir, ya da ki, bu pis edilir.

    Qiymət artımının sosial tərəfləri nəzərə alınmalıdır, çünki bu sırf iqtisadi tədbir deyil.