
İran əks-kəşfiyyatı çox peşəkardır. Əvvəl İranda bütün küçələrdə "feyskontrol" kameraları qurur. Sonra sanitar-profilaktik əməliyyatlara start verilir. Videoçarxlar hazırlanır. Misal üçün, guya küçədə gedən mollaya arxadan yaxınlaşıb başındakı əmmaməni yerə atmaq lazımıdır. Gənclər, bax, bu cür çarxlar vasitəsilə küçə hərəkətlərinə təhrik edilir. Hamısı düşür əvvəl nəzarətə, sonda... dustaq kameralarına. Sonra başqa kameralar önünə çıxarılır bu gənclər. Etirafları yazılır, tirajlanır, yaxud qapalı saxlanılır bir vaxtadək. Sosial şəbəkələrdə tirajlanan küçələrdə oynamaq, mahnı oxumaq, baş örtüksüz hərəkətlər də eynən o cür. Nəzarət kameralarının güddüyü nöqtələrdə baş tutur.
Yadda saxlayın: İranda kor nöqtələr yoxdur. Nə var videoya köçürülür, "feyskontrol"a, təhlükəsizliyə işləyən süni intellektlərin ixtiyarına buraxılır.
Səbəb aydındır.
İran əks-kəşfiyyatı üzləşdiyi problemlərə qarşı anti-proqramlar yaradır. Süni intellektin tam ixtiyarına buraxır sonrakı bu tədbirlərini.
SEPAH-ın hazırladığı bu süni robotun adı Əşkanilər dövründən qalmadır. Adı Parfiya kəşfiyyatçısı "Suren"dən götürülüb.
İndi İranda "Suren1", "Suren 2" adlı əks-kəşfiyyat robotları, botları işləyir. Cəmiyyəti, bax, bu cür ssenarilər ilə tam nəzarətə, kontrola alırlar. Videoçarxlar hazırlanıb ötürülür guya üzdə anti-İran mahiyyətli sosial şəbəkələrə, TV-lərə.
Uzaq hədəfli, çoxmərhələli, tam rəqəmsal sanitar-profilakt əməliyyatlardır.
Peşəkar yanaşmadır antirejim qüvvələrinə qarşı.
Süni intelekt İranda çoxdan rejimə işləyir, qısası.
P.S. Elə xaricdəki bütün anti-İran təbliğat mərkəzləri də. Bu botlar, robotlar haqda məlumatlarda deyilir: "Surena" (Persian: سورنا) is a series of Iranian humanoid robots, named after the Parthian General Surena. The Institute of Electrical and Electronics Engineers (IEEE) has placed the Surena among the prominent robots in the world after analyzing its performance.
Əksər anti-İran təbliğat mərkəzləri, mass-media resursları elə İran kəşfiyyati tərəfindən idarə edilir. Eyni yalançı media tezisləri əvvəlcə bütün bu radio və televiziyalara ötürülür. Ancaq sonrakı növbəti xəbərlə mütləq təkzib edilir. Misal ücün, bu agentliklər bir az əvvəl Xameneinin radarlardan itməyini böyük sevinclə tirajlayırdilar. İki gun sonra isə Xameneinin Aşura məclisində vacib "zühur"u yayımlandı. Nəticədə, Xameneinin itməyini, xəstəliyini anonslayan xəbər agentlikləri bilərəkdən özlərini hörmətdən, nüfuzdan saldılar.
Anti-İran medialarının qeyri-ciddiliyini əyani ğöstərdilər.
Qəşəng psixoloji diversiyadir. Müəllifi isə elə SEPAH və "Ettaalat"ın sırf özüdür.
Əziz həmvətənlərimiz. Diqqətli olun və qətiyyən internetdeki neqativ propaqandalara inanmayın! Sosial şəbəkədəki Xameneinin şəklini yandırma videoları-filan - hamısı cavanlara səhv buraxmağa və həyatlarını qaraltmağa hesablanıb.