15 il sonra açdığım ailə sirri

2008-ci ildə çəkilən klip barədə

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mənim həyat yoldaşım (Lalə Həsənova) və Mehriban xanım məktəb və universitet yoldaşı olublar. Bir dəfə ailəvi bir süfrə arxasında Lalə bacısı Sevda ilə o illər haqda xəyala dalıb danışırdılar: "Nə yaxşı olardı, bir gün Mehriban xanım bizim evə qonaq gələydi... İrəvan aşı bişirərdik, Nərgiz (qızım) onun şəklini çəkərdi, Rasim pianoda nəsə çalardı...". Və mənə dedilər ki, bəlkə, Mehriban xanımın gəlişi münasibətilə (guya ki, artıq gəlirdi ????) xüsusi bir mahnı bəstələyəsən? Elə həmin axşam mahnı hazır oldu və növbəti gün mən rejissor Ülviyyə Könülü evimizə dəvət etdim, mahnını ona göstərdim. Bir müddət əvvəl Ülviyyə xanım "Pəncərə" mahnısına (Faiq Ağayevin ifasında) klip çəkmişdi. Sonra onun məsləhəti ilə Rəşad Həşimovla görüşdük və beləcə SƏN BİZƏ QONAQ GƏLƏNDƏ bir layihəyə çevrildi... Mahnının premyerası 2008-ci ildə Mehriban xanımın doğum günündə oldu. 

    Ailəm adından əziz Mehriban xanımı doğum günü münasibətilə ürəkdən təbrik edirəm, ona möhkəm cansağlığı və Azərbaycan naminə gördüyü bütün işlərində böyük uğurlar arzulayıram.

    P.S. Ailədə baş verənləri paylaşmağı xoşlamıram. Amma bu xüsusi bir haldır. Odur ki, mahnının necə yaranması haqda ilk dəfə açıqlama verirəm.

    İştirakçılar:

    Rəşad Haşımov & RAST qrupu
    Mübariz Tağıyev 
    Emin Kərimi
    Elnur Hüseynov
    Emil Əliyev
    QAYA qrupu
    Nərgiz Müzəffərli (gənc rəssam)

    Rejissor: Ülviyyə Könül (Kərimova)
    Musiqi və söz: Rasim Müzəffərli