BLOQ

Bir az da beynəlxalq hüquq haqda

Hipotetik düşüncələr

Bir az da beynəlxalq hüquq haqda
  • Oxuma müddəti:

    1 dəqiqə

  •     Əgər Ukrayna ərazi itkiləri ilə sülh müqaviləsini qəbul edərsə, bu, beynəlxalq hüquqa ərazi bütövlüyü və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yeni bir şey gətirmir və heç bir şəkildə Helsinki Aktını və ya Almatı Sazişini inkar etmir.


        Serbiyanın ərazi bütövlüyü hüququna məhəl qoyulmayan Kosovonun tanınması ilə bağlı vəziyyət məhz belədir.


         Ukrayna müqaviləni imzalayıb ratifikasiya etdikdən sonra (və məntiqi olaraq referendum keçirməlidir), sərhəd dəyişikliyinə razılıq vermiş olacaq. Və belə presedentlər mövcuddur: Çexoslovakiya və Sudan.

        Yeni bir şey baş vermir və bu müqavilə postsovet məkanı üçün birbaşa təhlükə yaratmır.
         Təhlükəni bu yox, neonasizm və neoimperializm yaradır.

    Ola bilsin ki, Razılığa heç gəlinməsin, amma ilk dəfədir ki, Ukraynada bunun ciddi şəkildə müzakirə olunduğunu görürəm.
    Görünür, onları küncə sixıblar. Avropa hələ də müqavimət göstərir və Ukrayna buna ümid edir.

    Amma həm Tramp, həm də Zelenski demişkən - qarşıdan qış gəlir.