Yasamalda dəhşətli yanğın: 3 ölü, 20 yaralı VİDEO/YENİLƏNİB
Faktla bağlı cinayət işi başlanıb
10:40
Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib ki, KTM-in Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı.
Faktla bağlı cinayət işi başlanıb.
***
06:06
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində zəhərlənənlərin kimliyi məlum olub.
Yanğın zamanı 26 nəfərdən 19-u - Qudiyev Altay Fərrux oğlu (2021-ci il təvəllüdlü), Məmmədova Amelya Zaur qızı (2025), Məmmədova Elmira Aslan qızı (1966), Məmmədova Fatimə Elçin qızı (1994), Qasımov Həsən Rüstəm oğlu (1991), Bünyatov Nurlan Eldəniz oğlu (1995), Ələsgərov Rəşad Arzu oğlu (1988), Məhəmmədov Samir Kamal oğlu (1984), Misqasımova Səbahxanım Məhərrəm (1990), Mirqasımova Səma Emin qızı (2021), Muxtarova Təranə Qəribağa qızı (1959), Quliyev Vilayət Ədalət oğlu (1998), Məmmədov Zaur Emil oğlu (1988), Bayramlı Zəhra Xəqani qızı (2017), Babaxanova Səidə Anar qızı (2004), Babaxanov Vüqar Anar qızı (2009), Məmmədov Kənan Hüseyn oğlu (1987), Əliyev Hüseynəli Malik oğlu (2001), Abdullayeva Leyladır (2025 - 7 aylıq) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən evə buraxılıb.
Hazırda 7 nəfərin - Qəmbərli Leyli Əli qızının (2015), Məhəmməd Mikayıl Samir oğlunun (2021), Bəşirov Elçin İbrahim oğlunun (1987), Qəmbərova Rəna Vüqar qızının (1990), Məhəmmədova Marta Rinatovnanın (1986), Qulamova Ləman Rəşid (2000), Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər.
Yanğın ötən gün axşam saat saatlarında baş verib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
21 noyabr 2025-ci il
23:17
Bu gün saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi 19A ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
3 nəfərin isə (o cümlədən 7 yaşlı qızın) həkiməqədər ölüm faktı qeydə alınıb.
Baş verən yanğında ölənlərin kimliyi açıqlanıb.
Həlak olanlar:
- 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov;
- 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli;
- 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova;
Yanğın söndürülüb.
Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır - Baş Prokurorluq