Xəbər: Keçmiş nazir qızının Məhsəti Gəncəvi haqqında çəkdiyi filmdə erotik səhnələr var.
Sual: Keçmiş nazirin, ümumiyyətlə, məsələyə nə dəxli var? Nə fərqi var kim çəkib?

Bəlkə “Tofiq Kazımovun nəvəsi”, ya “Səməd Mənsurun nəticəsi” də yazılsın? Nə əlaqə? Müəllif - Suad qara düşünüb, poeziyanı elə hiss edib, belə yozum verib. Məhsəti Gəncəvi Möminəxatun deyil ki.
Məsələnin detallarını bilmirəm. Amma bunu bilirəm ki, Böyük Zəfər haqqında bədii film çəkməyi Vaqif Mustafayevə etibar edən nazirlik 4 il əvvəl “Həyat deyəsən gözəldir” filminə baxış keçirəndə eynən bu cür şok yaşamışdı. Hanı zəfər təntənəsi, qələbə pafosu, şəhid obrazları, qəhrəman xarakteri? Düzü, mən o filmi bəyənirəm. Hərçənd yarısından çoxu ermənicədir. Həm də özəl müəllif imzası ilə tanınan məşhur rejissorun qurduğu komedik süjet erməni heysiyyatına toxunduğu üçün heç festivallara da çıxa bilməz.
Xülasə, indi vəziyyət belədir ki, Məhsəti haqqında biz baxmasaq da, dünyada hər kəsin görəcəyi bir film var.
Amma Böyük Zəfər haqqında film yoxdur.
1 dəqiqə