Separatçılar dünyaya Anahid nənənin yeni nağılını danışmağa qərar veriblər. Onlar Ermənistandan Qarabağa silah ötürülməsini saxtalaşdırmaq istəyirlər, amma özlərini daha da ələ verirlər.
Separatçılar bildirirlər ki, dünən mediada və sosial şəbəkələrdə yayılan videogörüntülərdə hərbi maşınlar deyil, separatçı “Fövqəladə Hallar Nazirliyi”nin maşınları yayılıb.
Guya Şuşa şəhərindən yan keçərək dağ yolu ilə Rusiya sülhməramlılarının müşayiəti ilə blokada nəticəsində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaşayan ölkə vətəndaşlarını Ermənistana aparıblar. Sözün özü absurddur. Madam ki, alternativ yol var, hansı “blokada”dan danışmaq olar? Laçın yolunun humanitar və təchizat yüklərinin daşınması, mülki nəqliyyat vasitələrinin hərəkəti üçün açıq olduğunu nəzərə alaraq, Ermənistan vətəndaşlarının daşınması ilə bağlı saxtakarlıqlar yayılır.
Göydən üç alma düşdü. Biri Anahidin, biri Arayikin, biri də qulaq asanın!