BLOQ

Azərbaycanın C5 formatına daxil edilməsi geosiyasi addımdır

Səudiyyə Ərəbistanının "Arab News" qəzeti Azərbaycana analitik məqaləsini həsr edib

Azərbaycanın C5 formatına daxil edilməsi geosiyasi addımdır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Səudiyyə Ərəbistanının "Arab News" qəzeti Hudson İnstitutunun baş elmi işçisi Luke Koffey-in Azərbaycanın C5 formatına qoşulmasına həsr olunmuş məqaləsini dərc edib.

    Məqalədə Koffey vurğulayır ki, Azərbaycanın C5 formatına daxil edilməsi və onu C6-ya çevirməsi bütün Avrasiya üçün əhəmiyyətli geosiyasi addımdır. Qərar Daşkənddə beş Orta Asiya ölkəsinin liderləri tərəfindən qəbul edilib və Bakı ilə region arasında mövcud olan aktiv əlaqələrin dinamikasını əks etdirir.

    Müəllif qeyd edir ki, son illərdə Azərbaycan Mərkəzi Asiya üçün mühüm tərəfdaşa çevrilib və bunu liderlər arasında onlarla qarşılıqlı səfərlər sübut edir. Xəzərin hər iki tərəfində artan qarşılıqlı əlaqələr nəzərə alınmaqla C6-ya keçid məntiqli görünür.

    O, üç əsas səbəbi müəyyən edir:

    • Geosiyasi zərurət – Mərkəzi Asiya dövlətləri Rusiya və Çindən asılılıqlarını azaltmağa çalışır və qlobal bazarlara yeni, etibarlı marşrutlar axtarırlar. Cənub marşrutu qeyri-sabitdir, ona görə də Azərbaycandan keçən qərb dəhlizi optimal görünür;
    • Nəqliyyat infrastrukturu — Orta Dəhliz (ODDK) regionu Avropa ilə birləşdirir və Azərbaycan onun əsas mərkəzi kimi çıxış edir. Cənubi Qafqazda sülh proseslərinin irəliləməsi əlavə logistika və enerji imkanları açır;
    • Ortaq Türk Məkanı — Azərbaycan və əksər Orta Asiya ölkələri ortaq mədəni və dil irsinə malikdir və bu irs Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da möhkəmlənir.

        Koffi vurğulayır ki, C6-nın əhəmiyyəti regiondan kənara çıxır. Körfəz ölkələri artan maraq göstərir: BƏƏ və Səudiyyə Ərəbistanı artıq Qazaxıstanla böyük müqavilələr imzalayıb və Bakı ilə əməkdaşlığı genişləndirməyi düşünür. İraqı və Fars körfəzini Türkiyə ilə, daha sonra isə Orta Dəhliz və Orta Asiyaya birləşdirmək üçün nəzərdə tutulan Quru Kanal kimi layihələr əlavə imkanlar təqdim edir.

        Onun fikrincə, Qəzza və Ukraynadakı böhranlar haqqında xəbərlərin dominantlığına baxmayaraq, C6-nın yaradılması Avrasiya ticarəti, tranziti və enerjisi üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər və Xəzərdən Yaxın Şərqə qədər bölgələrin qarşılıqlı əlaqəsini gücləndirə bilər.