XƏBƏRLƏR / Ticarət

Azərbaycanın qeyri-neft və qaz ixracı 17% artıb

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb

Azərbaycanın qeyri-neft və qaz ixracı 17% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun ayları arasında Azərbaycanın qeyri-neft və qaz ixracı 1,8 milyard dollar təşkil edib.

    Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% çoxdur.

    İyun ayında qeyri-neft və qaz ixracı 381,9 milyon dollar (artım 18,2%) təşkil edib. Bunun 175,3 milyon dollarını ərzaq məhsulları (artım 19,4%), 206,5 milyon dollarını isə qeyri-ərzaq məhsulları (artım 17,3%) təşkil edib.