XƏBƏRLƏR / Hava

Azərbaycanın rayonlarına qar yağır

Ən çox qar Qusar rayonunun Ləzə kəndinə düşüb

Azərbaycanın rayonlarına qar yağır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 2-nə keçən gecədən başlayaraq Azərbaycanın Quba, Qusar və Xızı rayonlarına qar yağıb.

    Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzinin məlumatına görə, Qubanın mərkəzində 1 sm, Xınalıq kəndində 13 sm, Xaltanda 12 sm, Qrızda 10 sm, rayonda 2 sm qar qeydə alınıb. Qusar, Xızı rayonunun Altıağac kəndində isə 10 sm.

    Ən çox qar Qusar rayonunun Ləzə kəndinə düşüb. Burada qar örtüyünün dərinliyi 19 sm olub.

    Respublikanın Quba rayonunun Qrız kəndində 8,5 dərəcə şaxta qeydə alınıb.