Azərbaycanın sabiq Baş prokuroru İlyas İsmaylov vəfat edib
Bu barədə onun yaxınları məlumat verib

Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasına sədri İlyas İsmaylov 87 yaşında vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
İlyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.