Azərbaycanla Pakistan birgə Ticarət -Sənaye Palatası yaradır
Məlumatı Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli verib
Azərbaycan və Pakistan birgə Ticarət və Sənaye Palatasının yaradılması məsələsini nəzərdən keçirir.
Bunu Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər aparılır. Onun sözlərinə görə, Pakistanda Azərbaycan ticarət evinin açılması məsələsi də müzakirə olunur.
2023-cü ildə Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsinin 27 milyon dollar təşkil etdiyini deyən nazir müavini qarşılıqlı ticarətin daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.