Azərbaycan Özbəkistanda ən böyük beynəlxalq məktəb tikəcək
Bu barədə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş direktoru Nazim Hacıyev bildirib

Azərbaycan Yeni Daşkənddə Özbəkistanda ən böyük beynəlxalq məktəb tikəcək.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (AUIC) Özbəkistanda dəyəri 80 milyon dollardan çox olan altı layihə həyata keçirmək niyyətindədir. Bunlara istehsalat və fintech layihələri, həmçinin Yeni Daşkənddə ölkənin ən böyük beynəlxalq məktəbinin tikintisi daxildir.
Bu barədə IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Azərbaycan-Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” adlı panel müzakirəsində AUIC-in baş direktoru Nazim Hacıyev bildirib.