Laçında Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib
Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir

Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.
"Laçında üçüncü hava limanın inşası Azərbaycanın mövqeyini daha da gücləndirib."
Bunu təkbətək görüşdən əvvəl Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“Füzulidən sonra Laçında açılan hava limanı və burada həyata keçiriləcək tədbirlərlə inşallah, Azərbaycan geniş üfüqə baxmış olacaq. Azərbaycan üçün xeyirli olsun”, – deyə Türkiyə Prezidenti qeyd edib.