Azərbaycanlı tələbələrin 4-nün də meyiti tapıldı
Malatyada təhsil alan azərbaycanlı tələbələr fevralın 6-da baş vermiş nəticəsində dağıntılar altında qalıblar
Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin meyitləri tapılıb. Dağıntılar altından çıxarılan meyitlərin Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəyə aid olduğu təsdiqlənib.
21:20
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tələbə Şahin Vəliyevin həlak olması xəbərini təsdiqləyib. XİN-dən bildirilib ki, Türkiyənin Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2021-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Vəliyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.
20:40
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrdən birinin nəşi tapılıb. Bu barədə AzTV-nin ərazidəki müxbiri məlumat yayıb. Bildirilib ki, Malatya universitetinin tələbəsi Şahin Vəliyev nəşi dayısı Azər Hüseynov tərəfindən tanınıb. Tələbənin cənazəsinin tezliklə Vətənə gətiriləcəyi qeyd olunub.
Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalıblar.