"Azərbaycansız enerji müstəqilliyimiz ola bilməz"
Bunu Macarıstanın baş naziri Viktor Orban deyib
Macarıstanın Baş naziri Orban Qranadada keçirilən Avropa Siyasi Birliyinin 3-cü sammitinin ərəfəsində Avropanın enerji təhlükəsizliyi barədə və Azərbaycana qarşı sanksiyalar ehtimalından danışıb.
O deyib: “Azərbaycansız enerji müstəqilliyimiz ola bilməz. Əgər Rusiya enerjisindən asılılıqdan xilas olmaq istəyirsinizsə, sizə Azərbaycan lazımdır. Strateji əhəmiyyətli ölkə”.