XƏBƏRLƏR / Neft və Qaz

"Azeri Light" markalı Azərbaycan nefti cuzi bahalaşıb

Məlumat dünya bazarlarından verilib

"Azeri Light" markalı Azərbaycan nefti cuzi bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 0.95 ABŞ dolları və ya 1.52% artaraq 63.4 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62.45 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.