Bağdadda bina Azərbaycan bayrağı ilə işıqlandırıldı
Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" hesabında paylaşım edib

İraqın paytaxtı Bağdadda 28 May - Müstəqillik Günü münasibətilə ən hündür binalarından birində Azərbaycan bayrağı proyeksiya edilib.
Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının milli bayramı, 28 May - Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılıb. Təşəkkürlər İraq!", - deyə paylaşımda qeyd olunub.