XƏBƏRLƏR / Energetika

Bakı "Bir kəmər, bir yol" investisiyalarında 2-ci yerdədir

Bu barədə Energetika naziri Pərviz Şahbazov Çindaoda keçirilən Enerji Nazirləri Konfransında deyib FOTO

Bakı "Bir kəmər, bir yol" investisiyalarında 2-ci yerdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şahbazov: Azərbaycan "Bir kəmər, bir yol" investisiyalarında Çindən sonra ikinci yerdədir.

    Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü (BRI) dəstəkləyən ilk ölkələrdən biri olub və onun həyata keçirilməsinə qoyulan investisiyaların sayına görə Çindən sonra ikinci yerdədir.

    Bunu Azərbaycanın energetika naziri Şahbazov Çindaoda keçirilən 4-cü "Bir kəmər, bir yol" Enerji Nazirləri Konfransında çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Bakı ilə Pekin arasındakı strateji tərəfdaşlıq BRI çərçivəsində əməkdaşlıq üçün yeni imkanlar açır və birgə yaşıl enerji layihələrinin başlanmasına təkan verir.