Bakı Ermənistanda mülki əhalini atəşə tutmasını təkzib edir
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə öz Twitter səhifəsində bildirib
Rəsmi Bakı Ermənistanın mülki əhalini atəşə tutmaq ittihamlarını rədd edib.
Azərbaycan Ermənistanda tikilməkdə olan metallurgiya zavodunda mülki işçilərin atəşə tutulması ilə bağlı əsassız ittihamları rədd edir, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə öz Twitter səhifəsində bildirib.
"Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və sərhəd zonasında tikilən zavodun mənfi təsirindən yayındırmağa yönəlmiş növbəti ixtirasıdır", - Hacızadə yazıb.
Bunu XİN sözçüsü ABŞ Dövlət departamentinin rəsmisi Metyu Millerin qərəzli twit-inə cavab olaraq yazıb.