Bakı ilə "Stepanakert" arasında fonetika problemləri
1996-cı ildə Dağlıq Qarabağla federasiya qurmaq təkidinə Azərbaycanın cavabı
Bir dəfə 1996-cı ilin əvvəlində, Finlandiyaya rəsmi səfərdən sonra Rusiyanın xarici işlər naziri Yevgeni Primakov təklif etdi ki, Finlandiya həmsədrliyi ilə birlikdə Minsk Qrupu danışıqları zamanı Dağlıq Qarabağın gələcək statusu ilə bağlı tezislərin müəyyənləşdirilməsi imkanlarına baxılsın...
Belə ki, rusiyalı həmsədr Vladimir Kazimirov Minsk Qrupu çərçivəsində danışıqların növbəti raundunda “Bakı ilə Stepanokert arasında federal münasibətlər” variantına baxmağı əsas kimi təklif etdi.
Mən xüsusi nümayəndə və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi söz aldım və dedim ki, bu, qətiyyən yolverilməzdir. Niyə sualına cavab verdim ki,siz, cənab səfir (Kazimirov), yəqin ki, bilmirsiniz, amma erməni dilində “fı” hərfi yoxdur və fonetika qaydalarına görə, “pı” səsi ilə əvəz olunur.
Və Arkadi Qukasyana Qarabağ ermənilərinin maraqlı tərəfinin rəhbəri kimi “futbol federasiyası” ifadəsini deməyi təklif etdim.
Daha sonra dedim ki, Bakı ilə Stepanakert arasında münasibətlərin “p-ederativ” əsaslarının müzakirəsi kontekstində aparılan danışıqlar çətin ki, məhsuldar olsun...
Bu müzakirədən sonra həmsədrlər federativ münasibətlər mövzusunu danışıqlar prosesinə daxil etmək üçün edilən bütün cəhdlərdən imtina etdilər.