21-ci əsrin “NÜRNBERQ MƏHKƏMƏSİ”...
Azərbaycan birmənalı olaraq erməni hərbi canilərinə məhkəmə qurmalıdır
1946-cı il oktyabrın 1-də soyqırımda, müharibə cinayətlərində, təcavüzkar müharibə aparmaqda və bəşəriyyətə qarşı başqa cinayətlərdə ittiham olunan nasist Almaniyası liderlərinin Nürnberq məhkəməsi başa çatdı. Azərbaycan da ölkəmizin Qarabağ bölgəsindəki keçmiş separatçı qurumun hərbi-siyasi rəhbərliyi üzərində özünün “Nürnberq məhkəməsi”ni təşkil edə bilər.
Son 30 il ərzində bu insanlar insanlığa qarşı cinayət, müharibə qanunlarını pozma və təcavüzkar müharibə kimi təsnif edilə bilən çoxlu sayda əməllər törədiblər. Söhbət açıq şəkildə tanınmamış separatçı qurumun hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslərdən gedir.
Qərarların qəbuluna və onların icrasına cavabdehdirlər. Bu kontekstdə Azərbaycan birmənalı olaraq məhkəmə araşdırması aparmalıdır. Azərbaycan hətta bu məhkəmə prosesini açıq keçirə və BMT, Beynəlxalq Haaqa Məhkəməsi, Avropa təşkilatları kimi strukturların nümayəndələrini dəvət edə bilər. Yəni o təşkilatlar ki, beynəlxalq araşdırmalarla məşğul olurlar.
Bu, 21-ci əsrin bir növ “Nürnberq məhkəməsi” olacaq”.