BLOQ

Ermənilər müxalifətin etirazları barədə nə düşünürlər?

MPG/Gallup International Аssociation Ermənistanda son etirazlarla bağlı sorğu keçirib

Ermənilər müxalifətin etirazları  barədə nə düşünürlər?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • MPG/Gallup Beynəlxalq Assosiasiyasının mayın 13-dən 14-dək Ermənistanda telefonla keçirilən sorğuda 1000 respondent iştirak edib.

     Ermənistan sakinlərinin arasında apardığı sorğunun nəticələri:

    Ermənistan sakinlərinin demək olar ki, yarısı polisin “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarına qarşı hərəkətlərini pisləyib.

    -  26,9 % tamamilə mənfi rəy verib.
    - 19,6% - kifayət qədər mənfi.
    - 14,3% - tam müsbət.
    - 21,5% - kifayət qədər müsbət.
    -  17,7%-i cavab verməkdə çətinlik çəkib.

    Ermənistan sakinlərinin yarıdan çoxu hərəkatının tərəfdarlarının yol və küçələri bağlamasını pisləyib.

    -  55,7% tamamilə mənfi rəy verib.
    - 38% - təqdir edib.
    - 6,3%  cavab verməkdə çətinlik çəkib.

    Ermənistan sakinlərinin yarıdan çoxu arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatı bəyənib.

    -  35,1% tamamilə müsbət yanaşır.
    - 17,8% – kifayət qədər müsbət yanaşır.
    - 23,5% – tamamilə mənfi.
    - 10% - kifayət qədər mənfi.
    - 13,6%  cavab verməkdə çətinlik çəkib

    Ermənilərin yarıdan çoxu keçid hökumətinin başçısı vəzifəsinə təklif edilən bütün namizədləri rədd edib.

    -  50,5%-i keçid hökumətinin başında namizədlərdən heç birini görmədiyini bildirib.
    -  6,7%-i arxiyepiskop Baqrat Qalstanyanın namizədliyini təsdiqləyib.
    -  2,5% – ikinci prezident Robert Köçəryan.
    -  2,2% – blogger və “İctimai səs” partiyasının lideri Vardan Qukasyan.
    -   2% – keçmiş Ombudsman Arman Tatoyan.
    -  1.5 – üçüncü prezident Serj Sarkisyan.
    -   1% – Azərbaycan tərəfindən həbs edilən "keçmiş dövlət naziri" Ruben Vardanyan.

    -   31%-i cavab verməkdə çətinlik çəkib.

    Ermənilərin demək olar ki, yarısı Paşinyanın baş nazir postundan istefasını bəyənib.

    -  30,6% hesab edir ki, Paşinyan özü istefa verməlidir.
    -  9,3% - Deputatlar Paşinyana etimadsızlıq votumu verməlidirlər.
    -  8,4% – prokurorluq ona ittiham irəli sürməlidir.
    - 19,1%-i hesab edir ki, Paşinyan baş nazir postunu tərk etməməlidir.
    - 28,2%-i cavab verməkdə çətinlik çəkib.

    Ermənistan vətəndaşlarının 27,8%-i baş nazir Nikol Paşinyanın işini müsbət qiymətləndirir.

    - 9,1% tamamilə müsbətdir.
    - 18,7% kifayət qədər müsbətdir.
    - 18,6% bunu kifayət qədər mənfi qiymətləndirir.
    - 41,1% bunu tamamilə mənfi qiymətləndirir.
    - 12,5% qiymətləndirməkdə çətinlik çəkir.

    Əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, respondentlərin

    - 12,8 % “Mülki müqaviləyə”,

    - 3,9 %i arxiyepiskop Baqrat Qalstanyanın partiyasına,

    - 3,5 % Robert Köçəryanın “Ermənistan” blokuna səs verəcəkdi.

    Qeyd edək ki, Ermənistandakı nümayəndəliyi sorğular keçirən Gallup Beynəlxalq Assosiasiyasının beynəlxalq səviyyədə tanınmış Amerika Gallup Inc ilə heç bir ortaqlığı yoxdur.
    Ermənistandakı Gallup Beynəlxalq Assosiasiyası 2011-ci ildən MPG MMC (Marketing Professional Group) ilə əməkdaşlıq edir. MPG Aleksandr Qlazunovun rəhbərlik etdiyi "Erməni Marketinq Assosiasiyası" ictimai təşkilatına məxsusdur.