Artıq 3-cü Vətən müharibəsi qapının ağzındadır. Özü də bu müharibə çox dəhşətli olacaq. Buna heç kim və heç kəs şəkk etməsin. Özümüz şərait, zəmin yaratdıq.
31 il arxada qaldı, 44 günlük müharibədən də 2 il 9 ay keçib.
Bu vaxtlar ərzində biz Xankəndinin hava məkanını "pozub" bir vertolyot və ya xəbərdarlıq üçün bir qırıcı təyyarə uçura bilmirik. Laçın Keçid Məntəqəsini baglayırıq və deyirik ki, arxada qalan, yer də, göy də hamısı Azərbaycanındır. Tam doğru! Amma biz ölkənin nə sərhədi boyu, nə də Xankəndinin üzərindən döyüş ucuşları edib erməniləri başa sala bilmirik ki, yer də, göy də mənimdir və istənilən vaxt əsgərlərimlə birlikdə “posadka” da (eniş də) edə bilərəm. Etmirik!
Öz torpağımıza 1988-ci ildə olduğu kimi sahib çıxa bilmirik, hələ ki, bacarmırıq.
Əgər dünən və bu gün ermənilər mitinq keçirdikləri vaxt Xankəndinin üzərində 2 və ya 3 dəfə uçuş edib dövrə vursaydıq, inandırım sizi, orda 10-15 nəfər adam casarət edib bir yerə yığışa bilməzdi, o cümlədən onların rəhbəorləri və təşkilatçıları. Əgər onların başlarının üstündən 2-3 ədəd dron “vızıldasaydı”, yenə həmçinin. Halbuki Ağdam Hava Limanindan vertolyotun təkərləri yerdən üzüləndən 4 dəqiqə 15 saniyədən sonra Cıdır düzündə yerə dəyirdi. Deyəcəksiniz ki, vurarlar. Qoy vursunlar, eybi yox, amma vurmazlar, cunku qəşəng bilirlər ki, bu, Qarabağda tam və hərtərəfli şəkildə antiterror əməliyyatı aparmaq üçün bir nömrəli səbəb ola bilər.
Antiterrordan söz düşmüşkən. Baxıram ki, bütün ölkə və insanlarımız buna kökləniblər. Antiterror əməliyyatı aparıb neyləyəcəksən? 70 000 ermənini qıracaqsan? Bacararsan, amma edə bilməzsən. Bunun üçün tək Ermənistana yox, bütün dunyaya cavab verməli olacaqsan. Postlara hücum edəcəksən? Qaçıb dolacaqlar kəndlərə, dinc sakinlərin arasına, neyləyəcəksən? Kəndləri və ya kəndliləri qıracaqsan? Bu da mümkün deyil. Qarbağda adi və sadə kənd sakinlərindən tutmuş, orduya kimi hamı hərbi formada və silahla gəzir.
Orada olan və hal-hazırda 10 000 say tərkibi olan "ordu"nun adlı siyahısı var bizdə?.. Ki, bilək, kim-kimdir? Kim terrorçu, kim sadə sakindir? Yoxdur! Mən 100 faiz əminəm ki, separatçı "ordu"da xidmət edənlərin 100-200 nəfəri xəstə adı ilə Laçın Sərhəd-Keçid Məntəqəsindən Ermənistana keçib və geri qayıdıb. Kimi saxlaya bilmişik? Kimə nəyi isbat edə bilmişik və ya bilirik? Bəs neyləyəcəksən? Onsuz da bütün yüksəkliklər bizdə olduğu halda ermənilərin Qarabağdan çıxmasına və yaxud bizim vətəndaşlığımızı qəbul etmək üçün neyləyə bilirik ki?.. Heç nə. Qaz kəsəcəksən? Onda meşələrini qıracaqlar, işığını kəsəcəksən?
Sərsəng su anbarının halına baxın. Artıq bu göldən Tərtər çayına bir qram da olsun, su axmır. Bir də, siz niyə elə düşünürsünüz ki, erməni Nyutonun 1-ci qanununa sadiq qalacaq. Yəni bir cismə başqa cisim təsir etməyəndə həmin cisim sükunət halını qoruyub saxlaya biləcək. Erməniləri yaxından tanıyan biri kimi deyə bilərəm ki, ermənilər də sakit qalmayacaq və qalmırlar da.
Faktlara nəzər yetirək. Nə qədər vətəndaşımız, o cümlədən avtomobillərimiz təmizlənmiş mina sahələrində təzədən minaya düşərək həyatlarını itiriblər?
Mən açıqlamaq istəmirdim, amma məcbur deyirəm... Gecələr gəlib Laçında işləyən yük maşınlarının kabinlərinə XAÇ şəkli çəkib gedirlər.
Cənablar, ermənilər Qarabağı bizdən yaxşı tanıyıtlar - hər cıgırına, hər daş-kəsəyinə bələddirlər, xüsüsi ilə son 35 ildə.
İndi Laçına sakinlər köçürürük, Şuşaya da həmçinin. Əgər, Allah eləməsin, sabah Laçında və ya Şuşada bir hadisə olsa, sizi bilmirəm, mən təəccüb etməyəcəyəm.
Biz Şuşada türmənin aşağısındakı qəbiristanlığımıza gedə bilmirik, biz ermənilərin simvolu olan, Albertin vurduğu tankin həndəvərinə fırlana bilmirik, biz Şuşanın 37 kəndinə nəzarət edə bilmirik. Amma onlar sərbəst gəlirlər və işləyirlər, hətta mövqelərimizi atəşə tuturlar. Biz Qaladan kənara çıxa bilmirik, ancaq baxa bilirik.
Və nəticə. Qarabağda separatçı "ordu"nun üzvlərini tanıya bilməsək də, milli münaqişələri qızışdıran "rəhbərləri", "deputatlari", "ombudsmanları", "partiya sədrlərini" fiziki cəhətdən məhv etmək lazımdır! İzləmək, müşahidə etmək və PUA-lar vasitəsi ilə başlarına mərmi salmaq lazımdır! Məgər ABŞ terrorçu general Qasım Süleymanini öldürmək ücün bütün İranı qırdı? Yox! Məgər terrorçu Ben Ladeni öldürmək ücün bütün Pakistan və ya Əfqanıstanı qırdı? Yox! İŞIDı məhv etmək üçün onlarin liderlərini öldürdü. Rusiya Çeçenistana qalib gələ bilmirdi, ta o vaxta kimi ki, Cövhər Dudayev öldürüldü və parçalanma oldu.
Xankəndindəki bütün "rəhbərlər", başda Ruben Vardanyan olmaqla hamısı PUA-lar vasitəsi ilə öldürülməli, vurulmalıdırlar. Yalnız bundan sonra Xankəndidəki erməni sakinlər sakitləşəcəklər və hər şeyi başa düşəcəklər. Çünki həmin erməni camaatı bu "rəhbərlərin" əlində əsirdirlər, girovdurlar və qorxurlar. 1988-ci ildə də belə idi. Sarkisyanın və Kocaryanin qorxusundan başladılar bu qiyamı.
P.S. Həm də düşünürəm ki, DTX ərazini tanıyan, keçmiş Laçın, Şuşa və Qubadlı polislərindən və orduda xidmət etmiş əməkdaşlardan ibarət XƏFİYYƏ TABORU yaratmalıdır...