BLOQ

NATO, Zelenski və Ukraynanın taleyi...

Cəmiyyətin “öz müqəddəratını təyin etməsi” təbii ki, hər bir xalqın, dövlətin ən “ümdə” və “təbii” haqqıdır

NATO, Zelenski və Ukraynanın taleyi...
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Bununla belə, mövzumuzun məzmunu qulağa xoş gəlir; belə “sadəlövh seçimlərdən” ibarət olmadığını hamımız yaxşı bilirik...

    “Tətbiqlər”, “şərtlər”, “məcburi meyllər” və “faktlar”; Fərqli münasibət yaratması hamıya məlumdur.

    Ukraynadan danışarkən biz bu fundamental əsasda “təhlil”, “analiz” və “tədqiq” edirik...

    “NATO sammitində” Ukrayna Prezidentinin dediyi hər söz, durduğu hər yer, danışıqlarda işlətdiyi hər cümlə mənim üçün çox şey ifadə edirdi...

    Məsələn, Böyük Britaniyanın müdafiə nazirinin Zelenskiyə işarə edərək işlətdiyi cümlələr “qarşı tərəfi alçaltmaq”dan ibarət idi; hədsiz hiss edilirdi...

    Britaniyalı nazir deyir: "Zelenski həmişə əlində siyahı ilə gəlir. Biz Amazon mağazası deyilik, istədiyin hər şeyi ala bilməzsən. Həmişə nəsə istəyir, təşəkkür etmək əvəzinə şikayətlənir...".

    Daha çox var; Zelenski mətbuat konfransında bu cümləyə kifayət qədər "əzilmiş bədən dili" ilə belə cavab verir: "Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Mənə deyin, edəcəyəm..."

    Zelenski növbəti görüşdən sonra daha bir cümlə deyir: “Mən NATO-ya üzv olmaq üçün torpaqlarımızı verməyəcəyəm...”.

    Maraqlıdır, elə deyilmi?

    Əvvəla, Qərb dövlət başçılarının müştəri üslubu onların “əsl simasını ortaya qoyur”.

    İkincisi, Zelenskini bu absurd vəziyyətə sövq edən həmin Britaniya müdafiə nazirinin üslubu “Ukraynanın sürükləndiyi dalana dirənişin” memarlarının “yorğunluğuna” işarə edir...

    Bundan başqa, Zelenski NATO-ya üzv olmaq üçün niyə “torpaqlarımızı verməyəcəyəm...” desin?

    Arxa planda belə bir reallığa hazırlıq varmı?

    Halbuki Zelenski artıq “ərazi bütövlüyü uğrunda mübarizə apardıqlarını” deyirdi!

    NATO-ya üzv dövlətlərin bütün dəstək ritorikası Ukraynanın ərazi bütövlüyü ilə bağlı deyildimi?

    Zelenskinin NATO toplantısına çağırışı istədiyi diqqəti çəkmir!

    Bununla belə, dövlət başçıları Zelenskinin “kürəyini sığallayırdılar”.

    Belə bir mühitdə "Zelenskinin öz reallıqları ilə üzləşməsi mümkündürmü?", bilmirəm...

    “Niyə NATO üzv olacağını dediyi Ukraynanı indi üzv qəbul etmir? Hamımızın cavabı var.

    Bu müharibənin səbəbi “NATO üzvlüyü üçün” deyildimi?

    İndi "Rusiya səhv etdi, yoxsa taktika?", zamanla anlayacağıq...

    Ancaq dəqiq olan budur: Ukraynanı Zelenski elə çıxılmaz vəziyyətə salıb ki, deyəsən yeni treyler gəlir; subliminal mesaj verilir...

    Yeni səhnə Polşadır!

    “Avropalı analitiklər” yazmağa başlayıblar ki, əgər ABŞ öz strategiyasını Zelenskinin əli ilə həyata keçirə bilməsə, Polşa işə qarışacaq.

    Polşanın Ukrayna ərazisinə tamah salması da gizli və yeni məsələ deyil. Açıqlamalara və hərəkətlərə görə çoxlu misallar var...

    Polşa tarixində Ukraynadakı Hitler tərəfdarlarının İkinci Dünya müharibəsində polyaklara münasibəti heç vaxt unudulmayıb. Bəzən onlar hətta aşkara çıxarılıb.

    Bu yaraların qaysağını qopartmaq və “sosial mühəndislik” üçün istifadə etmək də ABŞ-ın məlum üsuludur.

    Qətiyyən təəccüblənmək lazım deyil ki, anti-Rusiya tingləri əkilən zaman hansı üsullardan istifadə edilirdisə, gələcəkdə də Polşa üzərindən ukraynalılara qarşı o cür üsulla toxum əkilirdi.

    Zelenskinin bir qədər “kədərli”, bir qədər “yorğun” və bir qədər də “çaşqın” obrazları ən azı “sevincli” obrazları qədər faktlara işıq salır.

    Yaxşı bilirik ki, onun bədən dili, işlətdiyi hər cümlə bir çox həqiqətləri ortaya qoyur.

    Əsas məsələ “ümumiyyətlə” yox, “qırılma nöqtələri”dir.

    “Göstərici faktlar”ı axtarıb tapmağı bacarmaq isə bu "görünənin fonu"nu anlamağa kömək edir.