BLOQ

Türk Dövlətləri Təşkilatı ölkələri ilə əlaqələr genişlənir

Özbəkistanın Xəzərdə donanma qurmaq niyyətindədir

Türk Dövlətləri Təşkilatı ölkələri ilə əlaqələr genişlənir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilir.
    Dost-qardaş özbək xalqı ilə bizi mədəni, iqtisadi, hərbi və s. əlaqələr bağlayır. Həmçinin bu əlaqəni təmin edən nəqliyyat-logistika sahəsidir.
    Səfirliyin məsləhətçisi dostum Sancar Mahmudovun dəvəti ilə səfirlikdə oldum.

    Nəqliyyat sahəsində Azərbaycan şirkətinin Özbəkistanda bu günlərdə təhvil verdiyi A380 Kunqrad-Daut Ata Qazaxıstan dövlət sərhədi magistralının "Orta dəhlizdəki" rolu, tranzit potensialı barədə danışdıq.
    Həmçinin, Özbəkistanın Xəzərdə donanma qurmaq niyyəti, Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu tikinti layihəsi mövcud şəbəkə ilə Türkmənistanın Türkmənbaşı limanına, oradan da Ələt üzərindən Avropaya əlaqələnən Avrasiya Nəqliyyat marşrutu son ayda Bakıda elan olunmuş maraqlı layihələrdəndir. Bu marşrut həm də ən qısa marşrutdur.
    Özbəkistan, Qazaxıstan, Azərbaycan Xəzərin dibi ilə enerji kabeli çəkməklə "Yaşıl enerji"nin Avropaya ixracını hədəfləyiblər. Göründüyü kimi, Mərkəzi Asiya və Cənubi Qafqaz regionları ortaq layihələrlə sinxron şəkildə hərəkət edirlər. Bu layihələr bölgəyə daha böyük hərəkətlilik gətirməklə, Türk Dövlətləri Təşkilatını gücləndirəcək.