BLOQ

3 ay sonra Azərbaycanın ilk dəmiryolu 145 yaşını qeyd edəcək

Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab olunur

3 ay sonra Azərbaycanın ilk dəmiryolu 145 yaşını qeyd edəcək
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 1880-ci ildə Azərbaycanın ilk dəmir yolu xətti istifadəyə verildi. Uzunluğu 20 kilometr olan Bakı–Sabunçu–Suraxanı dəmir yolunun inşası 1878-ci ilin sonunda başladı. Bakıda sadə sərnişin vağzalı binası inşa olundu. 1880-ci il yanvarın 20-də bu yolun təntənəli açılışı oldu. Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab olunur.
    Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanıldı. Amma çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu.  Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi.

    1883-cü ildə Bakı–Yelizavetpol(Gəncə)–Tiflis magistral dəmir yolu işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı.
    Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi.
    1908-ci ilin 20 yanvarında Tiflislə Culfa arasında dəmir yol magistralı rəsmən istifadəyə verildi. Beləliklə, Azərbaycan ərazisi Rusiyanın və dünyanın dəmiryol şəbəkəsinə qoşularaq Qərblə Şərq arasında polad magistral körpüsünə çevrildi.
    Sabunçu qəsəbəsində yerləşən Sabunçu vağzalı mühəndislik tariximizin bir hissəsidir.

    Hər yağış yağanda ərazidə hərəkətin iflic olması mənzərəsi təəsüf doğurur.
    İri şəhərlərin birləşmiş su təchizatı xidməti ərazidə yağış suların kənar edən sistem, təmizləyici qurğular qurub yaxınlıqdakı göllərə ötürmə imkanların təhlil etsə yaxşı olar.
    2050-ci ilə kimi dünyada temperaturun 2° qalxacağı buxarlanmanı artması yağıntının,selin çox olacağı proqnozlaşdırır bir çox alimlər.Qlobal iqlimin dəyişməsin nəzərə alaraq önləyici tədbirlər haqqında bu gündən düşünməliyik.