Moskvanın bəyanatı və Kreml qüllələrinin ölüm-dirim savaşı
Qarabağla bağlı Rusiya XİN-nin qəribə bəyanatı elitanın post-Putin dövrünə hazırlaşdıqlarına dəlalət edir
Rusiya XİN-in "Qarabağ"la bağlı son, yumşaq desək, qəribə bəyanatı "Kremlin qüllələri"nin post-Putin dövründə hakimiyyət mübarizəsinə başladığının daha bir sübutu kimi xidmət edə bilər.
Bu üzdəniraq "bəyanat"da 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının və Prezident V.Putin ilə bağlı bəyanatların fundamental əsaslarını təhrif etmək üçün aydın xətt var. Əslində bu vəziyyət Azərbaycan XİN-in məsuliyyətli bəyanatında xüsusilə vurğulanır.
Bu məntiqi nəticəyə gəlir ki, ya Putin özü mövqeyini dəyişib, ya da S.Lavrov diplomatik "kasuizm"dən istifadə etmək bir hissəsi olaraq, xarici və daxili oyunçulara "hakimiyyətdə tacı" olması halında Türkiyə-Azərbaycan tandeminə qarşı necə hərəkət edəcəyi barədə mesaj verməyə çalışır....
Lavrov hamıdan yaxşı başa düşür ki, T.Ərdoğan-V.Putin xəttində qarşılıqlı əlaqələrin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan tənzimləməsi mövzusudur.
Elə buna görə də Lavrovun "ofisində" cızma-qara olunan qorxaq, sakit və məntiqsiz mətn onun "post-Priqojin Putin Rusiyası"nda müstəqil oyuna başladığının ilk sübutlarından biridir...
Patruşev-Sallivan xəttindəki təmaslar, demək olar ki, rəsmi olaraq Putinin varisi adlandırılan bala-Patruşevin fəaliyyətindən qıcıqlanan "daldaqalanları" öz oyunlarına başlamağa məcbur etdi.
Onda, gəlin, popkorn tədarük edib, özümüz üçün "fürsətlər pəncərəsi"ni gözləyək. Hesab edirəm ki, RSK (Rusiya sülhməramlı kontingenti - ANS Press) 10 noyabr Bəyanatında müəyyən edilmiş müddətdən əvvəl ərazilərimizi tərk etməli olacaq.