BLOQ

İslam "məntiq dini deyil" deyənlərə məntiqi cavab

Məntiq insanı səhv düşüncədən qoruyan düşüncə tərzi deyilmi?

İslam "məntiq dini deyil" deyənlərə məntiqi cavab
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bir çox ruhani və din xadimlərinin xütbə və videoçarxlarında yer alan ən ciddi səhv: "İslam məntiq dini deyil, təslimiyyət  (təslim olma) dinidir" düsturudur.

    Anlaşılan - bu şəxslərin məntiqin mahiyyətindən xəbərsiz olmalarıdır.

    Tək bir ayə ilə hər şey aydın olacaq.

    Əvvəl təslimiyyət. Çox  sadə anlamı ilə bir şəxsin kiminsə və ya nəyinsə qarşısında özünü aciz, zəif və köməksiz bilib təslim olması. Bütün din mənsubları özlərinu pərəstiş etdikləri varlığın müqabilində təslim bilirlər. Bilməsəydilər, əsla ibadət etməzdilər. Yəni, həmin varlıq qarşısında özlərini aciz, zəif hesab edib ondan bu zəifliyi və acizliyi aradan qaldırmağa kömək istəyirlər. Bəs İslam?

    Burada hər bir müsəlman özünü yaradan qarşısında təslim bildiyi üçün üzərinə müsəlman adı götürür. Yəni, Allah qarşısında təslim olan. Amma bu necə təslimiyyət olmalıdır? 

    MƏNTİQİ TƏSLİM!
     
    Quranın bir çox ayələri məntiqi təslimin altından xətt çəkir.

    "Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!” (Yunus.18)
    وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَٰؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ 

    Bu məzmunda nazil olan onlarla ayənin məzmunundan bəlli olan bunlardır:

    1. İnsan ona xeyri və zərəri dəyən varlığa itaət və ibadət etməməlidir. 

    2.İnsan onu hər zaman, hər yerdə eşidən və görən varlıq qarşısında təslim olmalıdır.

    3. İnsan öz əli ilə yaradıb idarə etdiyinə yox, onu yaradıb idarə edib ruzisini təmin edənə ibadət və itaət etməlidir.

    Bütün bunlar məntiq deyilsə, nədir? 

    Məntiq insanı səhv düşüncədən qoruyan düşüncə tərzi deyilmi? Bir insan düşünüb "Mən məni yaradan və idarə edən və ruzimi verən Allaha yox,  öz əlimlə yonduğum və məni eşitməyən, görməyən, ümumiyyətlə mənə xeyir və ziyanı dəyməyən cansız bütdən niyə nəsə istəməliyəm?!" qənaətinə məntiqlə gəlmirsə, nə ilə gəlir? 

    Bəs yaxşı, bunlar niyə özlərindən belə məntiqsiz düstur cızıblar?

    Ona da cavab verim.

    Səbəb budur: Din barədə apardıqları təbliğatlarda istər əqidəvi, istər əməli mövzularda verdikləri minlərlə xəbərlərin əksəriyyətini Quran təsdiq etmir. Onlara "bu hansı ayəyə əsasən belədir?" sualını verdikdə köməklərinə bax belə bur məntiqsiz cavab gəlir və təəssüflər olsun ki, əsrlərdi karlarına gəlib və gəlir də.