Kant və Tanrı mövcudluğunu sübut edən praktiki səbəb
Alman filosofu Tanrıya imanın rasional dəlilini irəli sürür
Kantın iddiasına görə, əsrlər uzunu Tanrı varlığının isbatına dair irəli sürülən nəzəri dəlillər yetərincə uğur qazanmayıb. Həqiqətən də belədir, yoxsa hamını, o cümlədən inkarçıları da Tanrı varlığına inandırmaq mümkün olardı. Fəlsəfi dəlillər bir-biri ilə toqquşmaqda, fərqli fəlsəfi cərəyanların hər biri öz dəlili ilə bu məsələdə fikir müxtəlifliyini xeyli rəngarəng etməkdədir.
Onun fikrincə, mənəviyyatlı və rasional düşüncəli varlıq labüd olaraq "ən ali nəsnə"ni arzu etməlidir. Bu da insanların eyni zamanda həm mənəviyyatlı, həm də xoşbəxt olmasını şərtləndirən xoşbəxt həyatı nəzərdə tutur: bu cür xoşbəxtliyə mənəvi dəyərlərə riayətlə nail olmaq mümkündür.
Hər hansı rasional düşüncəli və mənəviyyatlı şəxs bu qəbildən xoşbəxtliyə çatmağı yalnız o halda arzu edə bilər ki, mənəviyyat impulsları ilə müşayiət edilən hərəkətlərin xoşbəxtliklə nəticələnəcəyinə inansın. Və bu da o nəsnəyə inamı şərtləndirir ki, təbiət özünün səbəbləyici quruluşu etibarilə bu cür xoşbəxtliyə varmanı mümkün edir. Bu, Tanrıya imana bərabərdir. O mənəvi Varlığa imana ki, nəhayətdə təbii aləmin keyfiyyətinə görə cavabdehliyi Özü daşıyır.
Kant israr edir, onun dəlili nəzəri məzmunda deyil, praktiki məqsədə əsaslanan bir dəlildir. Nəticə onu ifadə etmir ki, “Tanrı mövcuddur”, yaxud “Tanrı ola bilsin mövcuddur”. Dəlilin qayəsi bu fikri təlqin edir: “mən rasional və mənəviyyatlı bir insan varlığı olaraq inanmalıyam ki, Tanrı mövcuddur”.
Əgər mən ən ali bir nəsnənin arxasınca düşmüşəmsə, ona varmaq istəyirəmsə, inanmalıyam ki, belə bir məqsədə çata bilərəm. Hər bir halda isə, yalnız mənəviyyat dəyərlərinə uyğun bir tərzdə hərəkət etməklə bu məqsədin arxasınca düşə bilərəm; xoşbəxtliyə varmanın kəsə yolu icazəli deyil.
Əgər hər hansı şəxs inanırsa ki, təbii aləm sadəcə qeyri-mənəvi bir mexanizmdən ibarətdir və bu mexanizmin heç bir mənəvi məqsədliliyi yoxdur, onda mənəviyyatlı hərəkətlərin uğur qazana biləcəyinə həmin şəxsin səbəbi olmaz inansın. Çünki heç bir apriori səbəb olmaz düşünəsən ki, mənəviyyatlı hərəkət “ən ali olan”a yetişə. Buna ən kiçicik empirik səbəb də olmaz inanasan.
Beləliklə, Kant bu nəticəyə gəlir ki, mənəviyyatlı və rasional insan varlığı mənəvi həyatın rasional önşərti kimi Tanrı varlığının mövcudluğunu mühakimə üçün əsas götürməlidir.