BLOQ

Fransa və ABŞ Ermənistanın dadına çata biləcəklərmi?

Politoloq Suren Surenyants mövcud Ermənistan hakimiyyətinin səhv yolda olduğunu deyir

Fransa və ABŞ Ermənistanın dadına çata biləcəklərmi?
Suren Surenyants
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Politoloq Suren Surenyants:

    “Parisdən gələn ermənipərəst mövqelər qulaqlarımızı sevindirsə də, əməldə Ermənistana heç nə vermir.

    Qərbmeyilli dairələrin al-əlvan arzuları heç vaxt baş tutmayacaq. Burada "Fransız legionu"nu gözləməyin, o heç vaxt bura gəlməyəcək. Fransa bizim strateji müttəfiqimiz ola bilməz. Əksinə, Paris Ermənistana alternativ təhlükəsizlik təklifləri təqdim etmədən öz mövqeyi ilə Azərbaycan və Rusiyanı bizə qarşı qoyur”.

    Üstəlik, Gürcüstandakı seçkilərin nəticələrindən sonra, politoloqun fikrincə, Ermənistan regionda  “qicbəsərlik prinsipinə” inanmağa davam edən yeganə ölkədir ki, hansısa regiondankənar oyunçunu regional dövlətə qarşı qoymaq olar. 

    “Aydındır ki, regiondankənar qüvvələr bura Rusiya və ya İranın təsirini məhdudlaşdırmaq üçün gəlirlər.
    Üstəlik, bir sıra amerikalı rəsmilər Ermənistanı “soyuq qış”ın gözlədiyini və Rusiyanın hansısa addım atacağı təqdirdə çətin illərdən sağ çıxmağa kömək etməyəhazır olduqlarını birbaşa bildirirlər".

    Əgər Tramp qalib gəlsə, politoloqun fikrincə, Ermənistan öz kursunu tamamilə yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq.