BLOQ

Moskva münasibətlərin korlanmasında bəzi qüvvələri suçlayır

Azərbaycana Rusiya XİN-nin ən xırda məmuru cavab verib

Moskva münasibətlərin korlanmasında bəzi qüvvələri suçlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya-Azərbaycan münasibətlərinin kəskin korlanması haqda cavab vermək üçün Moskva ən xırda XİN məmuru - yəni Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuku seçiblər.

    Moskva öz aləmində bununla güya Azərbaycanı  alçaldır. Əslində isə Rusiya rəhbərliyi arasında çaşqınlığın hökm sürməsi göz qabağındadır və Azərbaycanla münasibətlərə dair vahid siyasəsətin və baş verənlərə münasibətin ardıcıl olmadığının bariz sübutudur. Rusiya gah hədə-qorxu gəlir, gah da "dostluq-qardaşlıq" haqda dəm vurur.

    4-cü departamentinin direktor müavini Dmitri Masyuk isə bunları deyib:

    "Biz bəzi qüvvələrin Bakı ilə münasibətlərimizdə çat yaratmaq üçün fəal səylərini görürük. Onlar ötən ilin dekabrında AZAL-ın qəzaya uğraması, xüsusən də Bakıda Rus Evinin bağlanması ilə nəticələnən eyhamlardan istifadə edirlər.

    Rusiya tərəfi münasibətlərə dəyən zərəri neytrallaşdırmaq üçün ardıcıl olaraq öz prinsipial yanaşmalarını Azərbaycana çatdırır.
    Bu gün Yekaterinburqda ağır cinayətlər törətməkdə şübhəli bilinən Rusiya vətəndaşlarının saxlanması ilə bağlı Rusiyadakı etnik azərbaycanlılara qarşı təzyiqlərlə bizi ittiham etməyə çalışırlar. Biz öz tərəfimizdən Bakı ilə ikitərəfli münasibətlərimizə dəyən zərəri neytrallaşdırmaq üçün ardıcıl olaraq azərbaycanlı tərəfdaşlarımıza prinsipial yanaşmamızı bildiririk. Azərbaycan rəhbərliyinin də bu xəttə sadiq qalacağını gözləyirik”.