Azərbaycanın qəhrəman şəhərləri FOTO/VİDEO
VMF Saat Fabriki 2024-cü il kolleksiyasını II Vətən müharibəsində şücaət və qəhrəmanlıqları ilə xüsusilə fərqlənən şəhərlərə həsr edib
2020-ci ilin sentyabrında Azərbaycan öz torpaqlarını qaytarmaq məqsədi ilə Vətən müharibəsinə qalxanda Ermənistan ordusu bütün "qüdrətini" ölkəmizin müharibədə iştirak etməyən və yalnız mülki obyektlər və sivil sakinlərdən ibarət şəhərlərini raket və mərmilərlə bombardman etdi. Lakin Azərbaycan şəhərləri büdrəmədi və bu xain zərbələri sinəsinə alaraq bir ağızla "Vətən sağ olsun!" dedi.
44 gün davam edən 2-ci Qarabağ müharibəsi zamanı Tərtər şəhərinə 16 000 yaxın mərmi və raket atılması nəticəsində ölən, yaralanan və ümumiyyətlə bombardmandan əziyyət çəkən 1000-dən çox mülki əhali oldu.
Bərdəyə atılan 200-ə yaxın mərmi və raket zərbələri nəticəsində 150-yə yaxın mülki şəxs yaralandı və həlak oldu.
Gəncə şəhərinə atılan iri miqyaslı mərmi və ballistik raketlər daxil 5 hücum nəticəsində isə 100-dən çox mülki şəxs yaralandı və həlak oldu.
Müharibədən kənarda yaşayan bu şəhərlərin mülki sakinləri kütləvi şəkildə nümayiş etdirdikləri şücaət və qəhrəmanlıqları ilə xüsusilə fərqlənən şəhərlər Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki tərəfindən ən yüksək “Qəhrəman şəhər” adına layiq görüldülər. Belə ki, VMF Saat Fabrikinin 2024-cü il kolleksiyasının flaqman saatlarına Azərbaycanın Qəhrəman Şəhərlərinin adı verildi.
Allah həlak olan bütün Azərbaycan vətəndaşlarına rəhmət eləsin...