BLOQ

Allaha öyrədilən din

Ay iki yerə bölünüb?

Allaha öyrədilən din
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Deməli belə. Günü sabahdan hamıya elan edəcəksiniz ki, Peyğəmbərin çoxsaylı möcüzələrindən biri də müşriklərin iman gətirməsi üçün Ayı iki yerə bölməsi oldu!

    - Necə yəni?! Bizim kimi bir bəşər yerdə dura-dura asimandaki Ayı iki yerə böldü?!

    - Bəli, elə belə də yazacaqsan!

    - Axı Allah deyir Onun tək möcüzəsi Quran olub. Bəs bu ayəni nə edək?!

    { وَمَا مَنَعَنَآ أَن نُّرۡسِلَ بِٱلۡأٓيَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلۡأَوَّلُونَۚ وَءَاتَيۡنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبۡصِرَةٗ فَظَلَمُواْ بِهَاۚ وَمَا نُرۡسِلُ بِٱلۡأٓيَٰتِ إِلَّا تَخۡوِيفٗا }

    Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk (İsra.59).

    - Deyin ki, bu ayəni siz başa düşməzsiniz, sirli ayələrdəndir. Alimlər belə onu yoza bilmədi. İmam Zaman gələndə açıqlamasını verəcək!

    - Axı Allah özü deyir, "Biz onu açıq-aşkar dəlillərlə nazil etdik" - "O hər şeyi bəyan edən, açıqlayan kitabdır". Hər şeyi açıqlayan kitabın özü açıqlanmadan qala bilərmi?

    - İndi belə çıxır sən alimlərdən çox bilirsən?

    - Axı Allahın göndərdiyi aşkar ayəni başa düşmək üçün mütləq kimdənsə soruşmalıyam?

    - Bəli, haqqın, ixtiyarın yoxdur nəzər verəsən! Həm də bütün məsələlərdə təqlid edib onun hökmlərinə tabe olmalısan!

    - Hətta su içməkdə belə?

    - Sənin bəsirətin bağlıdır deyə başa düşmürsən! Qəlbində eşq yoxdur! Hər cümə axşamı Peyğəmbər və ailəsinə 100 salavat göndər, həftənin hər 2-ci günü təvəssül duasını oxu, hər 4-cü gün Kumeyl duasını, hər həftə içi Aşura ziyarətnaməsi, Mücir duası, Cuşən Kəbir duasını, hər namazdan sonra İmam Zamanın Fərəc duasını oxu!

    - Bəs Quranı nə vaxt oxuyum?

    - Hə, hər cümə axşamlarında qəbiristanlığa get, gedə bilməsən, evində ölülərə Yasin oxu hədiyyə et.

    - Yaxşı bir sual verim.

    - Peyğəmbər Ayı ikiyə böləndə bunu dünyada görən oldumu?

    - Kafirlər görsələr belə, deməzlər!

    - Başqa sual: Axı Allah deyir məni sunnəm (qayda-qanunlarım) dəyişməz. Bəs necə oldu 5-10 kafirin inanması üçün dəyişdi?!

    - Bəli, hədislərdə gəlib.

    - Bəs nə üçün Musanın 9 möcüzəsindən xəbər verən Allah Muhəmmədin bir möcüzəsi barədə Quranda xəbər vermədi?!

    - Quranın sirli ayələri çoxdur, sən başa düşməzsən!

    Bütün bunların cavabı hədislərdədir.

    - O hədisləri kim və nə vaxt  yazıb?

    - Peyğəmbərdən 250-300 il sonra hədis alimləri. Buxari, Müslim və s...

    - Bəs onların kimliyinə necə inanaq?

    - Alimlər bunu əbcəd elmi ilə hesablayırlar.

    - Bəs əbcəd elmini kim icad edib?

    - Elə alimlər özləri...